Sevgilisinin keçmiş ərini öldürüb 2 yerə bölən şəxs: “Parçalamışdım deyə, ət yeyə bilmirdim” – VİDEO
ARB TV-nin "Rezonans" verilişi ömürlük məhbus Daşqın Quliyevin hekayəsini təqdim edib.
Daşqın Quliyev (ömürlük həbs): "Bir qızı istəyirdim. Ailəm razı olmadı. İçkiyə qurşandım. Daha sonradan bir qadınla tanış oldum. Ayaqqabı sexim var idi, ora gəlirdi. Bunla tanış olub, yaşamağa başladıq. Həyat yoldaşından ayrılmışdı və yoldaşı həbsdəydi. Boşanmalarına baxmayaraq, bir həyətdə yaşayırdılar. Həbsdən çıxıb gəldi, tez-tez mübahisə edirdik. Onun yoldaşı mənə tez-tez xəbərdarlıq edib deyirdi ki, bu qadın akuladır, biz kilkəyik. Elə vəziyyət yaradacaq ki, birimiz qəbirə, birimiz həbsə gedəcəyik. Fikr vermirdim, amma dediyi oldu. Bir gün uşağını döyəndə gəldim qoymadım, üstümə bıçaq çəkdi. Qapını bağladım, bıçağı arasına saldı qoymadı. Çəkici alıb əlimə dedim ki, gəlsən, vuracam. Qulaq asmayıb gəldi, çəkiclə iki dənə vurdum, bıçağı düşdü. Bıçağı götürüb bir neçə zərbə endirdim. Sonra ayıldım ki, keçinib. Hadisə baş verəndən sonra cinayətin üstü açılmadı. 3 ay məni tapmadılar. Onun cəsədini ortadan 2 yerə bölmüşdüm. Birini aparıb atmışdım, digərini isə zirzəmidə basdırdım".
Daşqının sözlərinə görə, 3 ay sonra o evə alətlərimi götürməyə gələndə həyətdə polisləri görüb: "Bilmədilər mən etmişəm, soruşanda dedim ki, qonşuyam. Açığı təslim olmaq istəyirdim. Qadın dedi ki, eləmə. Həmin qadının üzündən də tutuldum. Rəfiqəsindən soruşub ki, cinayəti bilib gizlətməyin cəzası nə qədərdir? Rəfiqəsi də vəkilindən soruşub deyəcəyini bildirib. Atasına deyib, o da polisə. Beləcə üstü açılıb və 3 il iş veriblər ona. Öldürdüyüm adamı elə olurdu yuxuda görürdüm. Qan pis təsir edirdi, elə olurdu ki, yemək yeyə bilmirdim. Neçə həftə ət yeyə bilmədim. Öldürdüyüm adamın ailəsi inanmırdı ki, mən eləmişəm. Cəzamın yüngülləşməsi üçün çalışdılar, şikayətçi olmadılar. Onların üzünə necə baxacam bilmirəm. Qardaşlarımın da üzünə çətin baxa bilim. Hər dəfə gələndə deyirlər ki, sən onu niyə öldürmüsən, can vermişdin?! Utanıram".
BAKU.WS
Oxşar xəbərlər
Arvadını və qaynını baltalayan şəxs: "Ani "moment" beynim çöndü, başına balta ilə vurdum" (VİDEO)
ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük məhbus Xanlar Məmmədovun həyat hekayəsindən bəhs olunub. Xanlar Məmmədov (ömürlük həbs): "Naxçıvanda yaşayırd...