Doğma qardaşını mahnıya görə ürəyindən bıçaqlayan şəxs: "Onun balalarına mən baxacam" (VİDEO)

ARB TV-nin "Rezonans" verilişində bu dəfə daha bir məhbusun həyatından bəhs olunub.
BAKU.WS-in məlumatına görə, Vasif Maqsudov doğma qardaşını ürəyindən bıçaqadığı üçün həbs olunub. 9 il azadlıqdan məhrum olunub.
O cinayət hadisəsi barədə ürək ağrısı ilə danışıb. Evə içkili gələn Vasif telefonda mahnıya qulaq asdığı üçün balaca qardaşı Asiflə mübahisə edib. Asifin də içkili olmağı qardaşlar arasındakı mübahisənin davaya çevrilməsinə səbəb olub. Ataları davaya mane olmağa çalışsa da buna müvəffəq olmayıb.
Qardaşını çörək bıçağı ilə qorxutmaq istəyən Vasif dediyinə görə, bilmədən bıçağı onun ürəyinə sancır. Bu hadisə Asifin 5 yaşlı oğlunun gözü qarşısında baş verib.
Vasifin məhkumluq həyatı barədə ətraflı videoda baxa bilərsiniz:
BAKU.WS

Oxşar xəbərlər
Toya getmək istəməyən bacısını boğub öldürdü
2023-cü il oktyabrın 12-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanırlar...