Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
Video
Hadisə 268

Bakıda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı növbəti hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində yaşanıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət və görüntülər daxil olub.

Qeyd edilib ki, sahibsiz itlər AAAF park yaşayış kompleksində yaşayan sakinlərə hücum ediblər. Hadisə xəsarətsiz ötüşməyib.

Belə ki, itlərdən biri həmin ərazidə yaşayan sakinlərdən birini qolundan yaralayıb.

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO

Şikayətdə o da bildirilib ki, itlər həmin yaşayış kompleksinin sakinlərinin həyatını çətinləşdirib. İtlər binanın həyətinə düşmək istəyən yaşlı, gənc, uşaq bilmədən hamıya hücum edirlər. İnsanlar artıq qorxu içində yaşamaq istəmədiklərini bildiriblər.

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər