“AAAF Park”ın sahibinin həbs edilməsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)
22
sen
2017
14:58
Baş Prokurorluq “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilməsi xəbəri təkzib edib.Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib.“Bəzi Kütləvi İnformasiya Vasitələrində “AAAF Park”-da prokurorluq əməkdaşları tərəfindən yoxlamalar, axtarışlar aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu xəbər tərəfimizdən təkzib olunur”, - deyə E.Sultanov bildirdi.Daha əvvəl xəbər yayılmışdı ki, “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib. Prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb.Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.***13.48“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə “Ölkə.Az”-a məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər. Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.BAKU.WS
Oxşar xəbərlər
AAAF-ın prezidenti agır atletika idman növündən imtina etdiyini elan etdi
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Tofiq Heydərov ağır atletika idman növündən birdəfəlik uzaqlaşdığını bəyan edib. BAKU.WS-in məlumatı...