Rusiyada azərbaycanlı baş gizir həmyerlisi mayoru öldürdü (FOTO)
Rusiya Federasiyası Komi Respublikasında iki azərbaycanlı hərbçi arasında silahlı münaqişə yaşanıb. BAKU.WS-in Lifenews saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Mikun şəhərindəki 31 nömrəli qadın koloniyasında baş verib. Koloniyada işləyən baş gizir Şahin Əliyev qarovul zamanı qəfildən avtomat götürərək avtomobildə əyləşmiş mayor Xalid Həsənova atəş açıb. Başından güllə yarası alan mayor hadisə yerində ölüb. Daha sonra Ş. Əliyev intihar məqsədilə iki dəfə özünə atəş açıb. O ağır yaralanıb. İlkin məlumatda bildirilir ki, Şahin Əliyev və Xalid Həsənov dost olublar. Onların münasibətləri Şahin Əliyev mənzil üçün birdəfəlik ödəniş aldıqdan sonra pisləşib. O, ötən ilin noyabr ayında arvadından boşanıb. Şahin Əliyev Azərbaycana qayıtmağı planlaşdırırmış. Dostu isə bu fikrə qarşı olub. Bu səbəbə görə dostlar dəfələrlə dalaşıblar.
Hazırda dostunu öldürən baş gizir xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı diplomat Türkiyədə intihar etdi
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyev intihar edib. BAKU.WS APA-ya i...