Azərbaycanlı diplomat Türkiyədə intihar etdi

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyev intihar edib.
BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.
F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb.
Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.
BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanlı gözəl diplomat çanta biznesinə girişdi (VİDEO)
İslam Konfransı Gənclik Forumunda Azərbaycanı təmsil etmiş gənc diplomat Nabat Qaraxanova Türkiyədə çanta biznesini qurub. BAKU.WS-in məlumatına görə, Nabat Q...