Rusiyada Azərbaycan vətəndaşı "donuz qripi"ndən öldü
Rusiyanın Yamalo-Nenetsk Muxtar Vilayətində daha bir nəfər "donuz qripi"ndən ölüb.
BAKU.WS-in məlumatına görə, hadisə Noyabrsk şəhərində qeydə alınıb. Ölən şəxs 53 yaşlı Azərbaycan vətəndaşıdır.
Hadisə ilə əlaqədar Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətinin vilayət üzrə nümayəndəsi Lyudmila Neçepurenko açıqlamasında bildirib ki. ölümə səbəb 53 yaşlı kişinin həkimə gec müraciət etməsidir.
"Ölümə səbəb birinci hadisədə olduğu kimidir, xəstənin ilk 7 gün ərzində özünü müalicəyə cəhd etməsidir. O həkimə müraciət etməyib”, - deyə Lyudmila Neçepurenko bildirib, Qeyd edək ki, bu Yamalo-Nenetsk Muxtar Vilayətində epidemiyanın səbəb olduğu ikinci ölüm faktıdır. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda “donuz qripi” ilə əlaqədar palatalar ayrıldı
Hazırda Azərbaycanda "donuz qripi” ilə bağlı hər hansı təhlükə yoxdur. Azərbaycan Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanda indiyədək...