Rusiyada Azərbaycanın mədəni tədbirləri LƏĞV OLUNDU
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Rusiyanın Novosibirsk şəhərində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Novosibirskin "Qlobus" Akademik Gənclər Teatrının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu tamaşalar Rusiyanın "Böyük qastrollar" adlı federal proqramı çərçivəsində planlaşdırılmışdı.
"Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının "Böyük qastrollar" proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib", - deyə açıqlamada qeyd olunur.
Ləğv edilən tamaşalar arasında "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (28 sentyabr) və "Hamlet" (29 sentyabr) var.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb
Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bi...