Rus səfirini öldürən türk polisinin gizlin görüntüləri yayıldı – FOTO

Rus səfirini öldürən türk polisinin gizlin görüntüləri yayıldı – FOTO
Hadisə 12691

Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovun qatili Mevlüt Mertlə bağlı yeni məlumatlar yayılıb.

BAKU.WS xəbər verir ki, Mevlüt Mert cinayəti törətməmişdən bir gün əvvəl xəstəxanaya gedərək səhhətində problemlər olduğunu əsas gətirib və bir günlük işdən icazə kağızı alıb.

Daha sonra Mevlüt Mert daha sonra xidmət apardığı polis şöbəsinin yanındakı silah dükanına girib. O, dükandan tapança üçün iki daraq və güllələr alıb.Dükanda onun video görüntüləri yayılıb. Videodan da göründüyü kimi Mevlüt Mert satıcıdan güllələri və daraqları alıb, ona pul ödəyir.Araşdırmalar zamanı həmin vaxt Mevlüt Mertin 305 türk lirəsi (54 dollar) xərclədiyi məlum olub.

O, qətli törətdikdən sonra məhv edilib. Mevlüt Mertin meyitinin yanında dükandan aldığı 2 tapança darağı və 75 tapança gülləsi tapılıb.

Qeyd edək ki, 2016-cı il dekabrın 19-da Rusiya səfiri Andrey Karlov Ankarada keçirilən sərgi zamanı öldürülüb. Andrey Karlovun karyerasına nəzər yetirdikdə onun tanınmış siyasətçilərdən biri olduğu aydın görünür.

A. Karlov heç vaxt mühafizə xidmətindən və zirehli avtomobildən istifadə etməyib. Bunun səbəbini soruşduqda isə, o maraqlı cavab verirmiş:

“Mənə kimsə bir şey edə bilməz”

Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında görüş keçirilib

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında görüş keçirilib

Nazir Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində onunla təkbətək və nümayəndələr heyətlərinin iştirakı il...

801 Siyasət 20:44 24 iyul 2018

Son xəbərlər