Daha bir rus diplomat qətlə yetirildi (VİDEO)

Daha bir rus diplomat qətlə yetirildi (VİDEO)
Video
Hadisə 1429

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün qətlə yetirilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinin daha bir əməkdaşı evində ölü tapılıb.

REN TV xəbər verir ki, hadisə dünən paytaxt Moskvada baş verib.

Cəsədi aşkar edilən şəxs Rusiya XİN-in Latın Amerikası üzrə departamentinin şöbə rəisi Pyotr Polşikovdur.

Onun yaşadığı evdə başından vurularaq öldürüldüyü bildirilir. Cinayətdə istifadə edilən silah mətbəxdə yerləşən əl-üz yuyanın arxasından tapılıb.

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

virtualaz.org

Oxşar xəbərlər

Türkiyədə Rusiya səfirinə hücum oldu (YENİLƏNİB, VİDEO)

Türkiyədə Rusiya səfirinə hücum oldu (YENİLƏNİB, VİDEO)

Rusiya səfiri Karlovun xəstəxanada keçindiyi məlumatı yayılıb. BAKU.WS-in məlumatına görə, Rusiya tərəfinin də məsələ ilə bağlı rəsmi açıqlaması yayılıb Rusiya...

1565 Hadisə 22:59 19 dekabr 2016

Son xəbərlər