Rusiyada azərbaycanlı killer qətlə yetirildi

Rusiyada azərbaycanlı killer qətlə yetirildi
Hadisə 1812

  Bir neçə gün bundan əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində 53 yaşlı azərbaycanlı Yusif Gebeyev naməlum şəxslərin açdığı atəş nəticəsində öldürülüb. BAKU.WS-in lifenews-a istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı Yusif Gebeyevin qətlinin 13 il bundan öncə baş vermiş qətl hadisəsilə bağlı olduğu məlum olub. Meyit müayinə edilən zaman onun üzərindən ötən ilin dekabrın 12-də azadlığa çıxdığına dair sənəd tapılıb. Məlum olub ki, Y.Gebeyev 2003-cü ildə Moskvada törətdiyi qətlə görə həbsdə yatıb. Onun qətlinin də məhz 13 il əvvəlki cinayətlə bağlı olduğu ehtimal edilir. O, 2003-cü ildə Moskvada 33 yaşlı azərbaycanlı Şamil Məmmədovu öldürməkdə günahlandırılıb və həbs edilib. 2003-cü ilin aprelində Ş.Məmmədov həmin küçədə güllələnib. Məhz bu səbəbdən də illər sonra onun qatilinin eyni küçədə öldürülməsinin təsadüf olmadığı bildirilir. Qətlin intiqam xarakteri daşıdığı bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər