Azərbaycanlı kişi rus arvadını qaçırdı
Rusiyada azərbaycanlı kişi rus arvadını oğurlayıb.
BAKU.WS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında Sankt-PeterburqdaVasilyevski adası adlanan yerdə baş verib.
27 yaşlı Aleksandra kafelərdən birində 3 kişi tərəfindən oğurlanıb. Naməlum şəxslər onu zorla çalışdıqları kafedən çıxararaq "QAZ 32410" markalı maşına mindiriblər. Daha sonra naməlum istiqamətdə gediblər.
Qaçırılan qadının anası istintaqa açıqlamasında deyib ki, onlardan biri Aleksandranın 33 yaşlı azərbaycanlı həyat yoldaşı olub. Bundan iki həftə öncə o Valxove şəhərində 9 yaşlı övladlarını da qaçırmışdı.
O, qızı ilə danışığında öyrənə bilib ki, kürəkəni 9 yaşlı oğlan nəvəsini Azərbaycana keçirib. Qadının iddiasına görə, o uşağı Ermənistandan Azərbaycana keçirib.
BAKU.WS
Oxşar xəbərlər
Rusiyada bakirəliyini satışa çıxaran azərbaycanlı qızdan xəbər var
Bu ilin iyun ayında bakirəliyini satışa çıxarıb Rusiyada 29 yaşlı Mixail Dnistryan tərəfindən zorlanan azərbaycanlı qız danışıb. BAKU.WS Rusiya mətbuatına isti...