Türkiyədə ABŞ səfirliyinə atəş açdılar
20
dek
2016
11:47
Ankarada naməlum şəxs ABŞ səfirliyi qarşısında atəş açıb.
BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polis həmin şəxsi zərərsizləşdirib. ABŞ Dövlət Departamentinin nümayəndəsi insidentin səfirliyin girişində baş verdiyini bildirib.
İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.
Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. ABŞ səfirliyinin qarşısında baş verən hadisənin Karlovun qətli ilə əlaqəli olub-olmadığı araşdırılır.
Azər Məmmədov
BAKU.WS
Oxşar xəbərlər
Andrey Karlovun xəstəxanaya çatdırılma anı (VİDEO)
Ötən gün Ankarada sui-qəsd nəticəsində öldürülən rus səfir Andrey Karlovun xəstəxanaya çatdırılması kadrları yayılıb. BAKU.WS-in məlumatına görə, türk həkimlə...