ABŞ Ankaradakı terror hadisəsini öncədən bilirmiş (FOTO)

ABŞ Ankaradakı terror hadisəsini öncədən bilirmiş (FOTO)
Siyasət 1531

 

ABŞ-ın Türkiyə səfirliyi Ankarada baş verən terror hadisəsindən iki gün öncə vətəndaşlarına xəbərdarlıq edib.

BAKU.WS-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarının Səfirliyi rəsmi saytından yaydığı məlumatda vətəndaşlarına ehtiyyatlı olmağı məsləhət görüb. Hətta səfirlik vətəndaşlara cümə günündən bazarertəsinə qədər səfirliklə əlaqə saxlamağı tövsiyyə edib.

Səfirliyin bu qədər dəqiqliklə teror hadisənin baş verəcəyi ilə bağlı açıqlaması Türkiyədə böyük səs-küyə səbəb olub. Çoxları ABŞ-ın terror hadisəsinin əvvəlcədən törədiləcəyini bildiyini düşünüb. Daha sonra Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyi məsələyə aydınlıq gətirib. 

 

 ABŞ səfirliyinin terror hadisəsindən öncə yaydığı elan 

Səfirlikdən bildirilib ki, Ankaradakı ABŞ vətəndaşlarına terror hadisələri ilə bağlı xəbərdarlıq edilməsi normal prosesdir. Türkiyə mətbuatında yer alan fərziyyələrin doğru olmadığını bildirən Səfirliyin bəyanatında deyilir:

"ABŞ səfirliyi, ötən həftə sosial şəbəkədə dolaşan və Türkiyə hökumətinin rəsmi mənbələrinə istinadla yayılan şayiələrdən xəbərdar olub. Sözügedən xəbərdarlığı Türkiyənin rəsmi orqanları ilə təsdiq edib. Səfirlik, Türkiyə hökumətindən hər hansı bir təhdid məlumatı əldə etdikdə, aralarında həm dövlət vəzifəliləri, həm də vətəndaşların olduğu Ankaradakı bütün ABŞ vətəndaşlarına və ABŞ səfirliyinin türk işçiləri üçün xəbərdarlıq məlumatı yayıb".

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Ankara terrorunda azərbaycanlılar olub?

Ankara terrorunda azərbaycanlılar olub?

"Ankarada törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır". Bu barədə məlumatı BAKU.WS-ə...

1056 Hadisə 10:17 14 mart 2016

Son xəbərlər