Səfiri öldürən şəxsin kimliyi bəlli oldu

Səfiri öldürən şəxsin kimliyi bəlli oldu
Hadisə 1360

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən şəxsin kimliyi məlum olub.

"Qafqazinfo” xəbər verir ki, o, Ankarada polis işləyib. Bu barədə "Reuters”ə Türkiyə güc strukturlarındakı mənbə bildirib.

"Cnnturk”un məlumatına görə, sui-qəsdçi 1994-cü il təvəllüdlü, Aydın vilayətinin Söke rayonundan olan Mevlüt Mert Altıntaş Ankarada polis işləyirmiş. Ona bir həftə öncə səfir Andrey Karlovu qorumaq vəzifəsi tapşırıldığı iddia olunur.

Polis vəsiqəsini göstərərək Ankara Müasir Sənət Mərkəzinə daxil olan Altıntaş 2014-cü ildə "İzmir Rüştü Ünsal Polis Məktəbi”ni bitirib.

"Hurriyet” qəzetinin müxbiri Karlovu öldürən silahlının ərəb dilində qışqıraraq dediyi sözlərin "Əl-Nusra” terror qruplaşmasının himninin giriş qisminə aid olduğunu vurğulayıb.

Qeyd edək ki, hadisədən sonra xəstəxanaya yerləşdirilən A. Karlov dünyasını dəyişib. Silahlı şəxs isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, A. Karlov 2013-cü ilin iyulunda Rusiyanın Türkiyədəki səfiri təyin olunmuşdu.

BAKU.WS

Oxşar xəbərlər

Türkiyədə Rusiya səfirinə hücum oldu (YENİLƏNİB, VİDEO)

Türkiyədə Rusiya səfirinə hücum oldu (YENİLƏNİB, VİDEO)

Rusiya səfiri Karlovun xəstəxanada keçindiyi məlumatı yayılıb. BAKU.WS-in məlumatına görə, Rusiya tərəfinin də məsələ ilə bağlı rəsmi açıqlaması yayılıb Rusiya...

1565 Hadisə 22:59 19 dekabr 2016

Son xəbərlər