Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi - FOTO

Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Hadisə 97

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.

Onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, R. Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib.

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Son xəbərlər