Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı - Yeni fakt
Fevralın 12-nə keçən gecə 64 yaşlı Rəşad Əliyevin Nardaran qəsəbəsindəki evində dəm qazından boğularaq öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəyə bağ evinin zirzəmisində quraşdırılmış kombi səbəb olub.
Belə ki, kombi aparatının yanmış dəm qazını çölə ötürən hissəsində yaranmış nasazlıq karbon monoksidin zirzəmiyə dolmasına səbəb olub. Daha sonra dəm qazı yuxarı mərtəbəyə qədər yayılıb və evdə olan Rəşad Əliyevlə həyat yoldaşı Dilarə Əliyevanın zəhərlənməsinə səbəb olub. R.Əliyev hadisə yerində vəfat edib. Həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb. O, son illərdə özəl sektorda bir sıra böyük şirkətlərə rəhbərlik edib. 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub. O, daha sonra bizneslə məşğul olmağa başlayıb. 2025-ci ilin noyabrından "IZIA Development" şirkətinin direktoru kimi çalışırmış.
Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. Anası Roza Əliyeva isə Dövlət İdarəçilik Akademiyasının dosentidir.
Rəşad Əliyev həmçinin məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, "Qara polkovnik" ləqəbli Fətulla Hüseynovun bacısı oğludur.
Oxşar xəbərlər
Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı - VİDEO
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qəzanı əks etdirən videogörüntü sosial şəbəkədə paylaşılıb. Qeyd olunub ki, yolun sürüşkən olması səbəbində...