Ər arvadını döyüb xəstəxanalıq etdi

Ər arvadını döyüb xəstəxanalıq etdi
Hadisə 723

Şəkidə döyülmə hadisəsi baş verib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Türkan Şamil qızı Məmmədova sol döş qəfəsinin qapalı küt travması və yumşaq toxumaların əziyi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, T.Məmmədova müayinə zamanı əri tərəfindən döyüldüyünü bildirib. Onun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Şəkidə piyadanı avtomobil vurub

Şəkidə piyadanı avtomobil vurub

Şəkidə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatları...

652 Hadisə 15:51 10 noyabr 2018

Son xəbərlər