Qubada 7 kiloqram narkotik vasitə və avtomat aşkarlanıb
Qubada 7 kiloqram narkotik vasitə aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.
Ondan ümumilikdə 7 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd AKM markalı avtomat aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə X.Muradov və Z.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Sumqayıt sakini dənizdə batıb
Sumqayıt sakini dənizdə çimərkən boğularaq ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında baş v...