Qayınatasını döyən dünya çempionuna hökm oxunub

Qayınatasını döyən dünya çempionuna hökm oxunub
Hadisə 1449
Qayınatasına qarşı xuliqanlıqda və onu döyməkdə təqsirləndirilən beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

MTN generalının bacanağı məhkəmə zalında həbs edildi

MTN generalının bacanağı məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi,...

827 Hadisə 19:37 11 iyun 2019

Son xəbərlər