MTN generalının bacanağı məhkəmə zalında həbs edildi

MTN generalının bacanağı məhkəmə zalında həbs edildi
Hadisə 827
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən M. Talıbov 4 il müdddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.İttiham aktına əsasən, M.Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Azərbaycanda 3 yaşlı qohumuna göz dikən manyak həbs edildi

Azərbaycanda 3 yaşlı qohumuna göz dikən manyak həbs edildi

Qubada 3 yaşlı qohumuna qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Füzuli Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS-in L...

1709 Hadisə 15:21 28 mart 2019

Son xəbərlər