Azərbaycanda 3 yaşlı qohumuna göz dikən manyak həbs edildi

Azərbaycanda 3 yaşlı qohumuna göz dikən manyak həbs edildi
Hadisə 1709
Qubada 3 yaşlı qohumuna qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Füzuli Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS-in Lent.az-a istinadla verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Füzuli Bəylərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan təqsirləndirilən məhkəmə zalından həbs edilib. Qeyd edək ki, hadisə bu il Qubada baş verib. Füzuli Bəylərov bacısı qaynının 3 yaşlı oğlunu evdə tək olduğunu bilib və ona qarşı seksual xarakterli hərəkətlər edib.Uşağın valideynləri məsələdən xəbardar olaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər. Məlumat əsasında F.Bəylərova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin onun barəsində həbs qətimkan tədbiri seçilməyib.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər