Bakıda bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı qərar verildi

Bakıda bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı qərar verildi
Hadisə 3453
Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə R.Mehdiyev 8 il 6 ay azadlıqdan məhrum edilib.İttihama görə, R.Mehdiyev azyaşlı bacısı qızına təcavüz edib. O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra R.Mehdiyev həbs edilib.İstintaq orqanı tərəfindən R.Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.BAKU.WS

Oxşar xəbərlər

Bakıda seksual manyakla bağlı YENİ XƏBƏR

Bakıda seksual manyakla bağlı YENİ XƏBƏR

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa ç...

3728 Hadisə 16:02 08 yanvar 2019

Son xəbərlər