4 azyaşlı qıza təcavüz edən manyak məhkəmə qarşısında

14
noy
2018
17:29
Bakı Ağır Cinayətlər Məhkəməsində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.İttihama görə, paytaxtın Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb. Onun 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.BAKU.WS

Oxşar xəbərlər
Bakıda manyak saxlanıldı
Bakıda azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi rayon s...