Bakıda sabiq bələdiyyə sədri məhkəmə zalında həbs edilib
26
fev
2018
12:35
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb."Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.Məhkəmənin hökmü ilə V.Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və sabiq bələdiyyə sədri məhkəmə zalında həbs olunub.Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, bir neçə vətəndaşa yüz min manat miqdarında maddi ziyan vurmaqda, onların pullarını mənimsəməklə ələ keçirməkdə ittiham olunub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun barəsində eyni əmələ görə, daha bir cinayət işi başlanılıb. Həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hakimi Əlövsət Abbasovun sədrliyi ilə baxılır.BAKU.WS
Oxşar xəbərlər
Fərhad Əliyevin qohumuna hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəlixan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “Report”a istinadla xəbər v...