Keçmiş MTN generalları cəzaçəkmə müəssisəsinə köçürülüb

Keçmiş MTN generalları cəzaçəkmə müəssisəsinə köçürülüb
Hadisə 1581
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Zaur Məmmədov, Natiq Alıyev və Anar Şirəliyev cəzaçəkmə müəssisəsinə köçürülüb.ONA-nın verdiyi xəbərə görə, apellyasiya şikayətləri təmin olunmayan təqsirləndirilən şəxslər Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüblər.Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə ləğv edilmiş MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.Digər təqsirləndirilənlər - Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova 5 il, onun rəhbərlik etdiyi idarənin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. N.Mürvətova və MTN-nin zabiti, polkovnik Füzuli Əliyev apellyasiya şikayəti versələr də, sonradan onlar şikayətlərini geri götürüblər.BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovun adamları azadlığa çıxdılar

Eldar Mahmudovun adamları azadlığa çıxdılar

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmill...

5824 Hadisə 22:12 18 oktyabr 2018

Son xəbərlər