MTN generallarına hökm oxundu

MTN generallarına hökm oxundu
Hadisə 1151
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Sabunçu rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Sübahir Qurbanov 14 il, Fuzili Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Teymur Quliyev 12 il, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.Fərhad Atayev və Elşən Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.Qadın general Natəvan Mirvətovaya da 5 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. BAKU.WS

Oxşar xəbərlər

Məhkəmə DTX-nin 1 milyon manatlıq iddiasını təmin edib

Məhkəmə DTX-nin 1 milyon manatlıq iddiasını təmin edib

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əl...

1034 Hadisə 17:08 23 aprel 2018

Son xəbərlər