Məhkəmə zalından - General elə burada qandallansın, rütbələri alınsın
22
fev
2018
17:10
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə bu gün keçirilmiş məhkəmə prosesində prokuror sabiq MTN generallarının rütbələrindən məhrum edilməsi ilə bağlı ölkə başçısına təqdimat verilməsini istəyib.APA-nın məlumatına görə, o, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) vurulan 1 milyon manat məbləğində ziyanın ödənilməsini də tələb edib.Prokuror, həmçinin, çıxışında zərərçəkmişlərə vurulan ziyanın və təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi ilə bağlı məhkəmədən qanunauyğun qərar çıxarmasını istəyib.İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə )və digər maddələri ilə ittihamlar irəli sürülüb.Bu gün keçirilən prosesdə dövlət ittihamçısı Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.BAKU.WS
Oxşar xəbərlər
Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istəyib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabi...