Keçmiş MTN generalı jurnalistləri təhqir etdi: rədd olun! - FOTO
Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilən MTN-nin sabiq generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin onların barəsində olan həbs qətimkan tədbiri qərarının ev dustaqlığı ilə əvəz olunması üçün verdikləri vəsatətlər təmin olunmayıb.
Prokuror zərərçəkən Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun digər prosesdə təqsirləndirilən Akif Çovdarovun da müdafəçisi olduğunu deyib və onun bu prosesdən uzaqlaşdırılmasını istəyib. Prokurorun vəsatəti təmin edilib və K.Nəsibov prosesdən uzaqlaşdırılıb.
Məhkəmə iclası başa çatdıqdan sonra polisin nəzarətində olan general Natəvan Mürvətova məhkəmə binasından çıxarkən jurnalistlərə açıqlama verməkdən imtina edib və suallara "rədd olun buradan”,- deyərək avtomobilə əyləşərək uzaqlaşıb.
Məhkəmə prosesi fevralın 21-də davam etdiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Akif Çovdarov: "Uşaqları buraxın, nə deyirsiniz edəcəm"
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İ...