Bakıda keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsə hökm oxundu
31
dek
2018
12:39
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.BAKU.WS “report”a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində baş verib.Belə ki, 1974-cü il təvəllüdlü E.Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Əlizadə Xanzadəni qətlə yetirib.Onların hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.Daha sonra E.Qəhrəmanov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.BAKU.WS
Oxşar xəbərlər
Rəqsə görə bəyin sağdışını öldürən şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə iclası başa çat...