Qayınatasını döyən beşqat dünya çempionuna azadlıq tələbi
11
iyn
2019
15:21
Bakı Ağır Cinayətlər Məhkəməsində “Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.BAKU.WS virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov prokurorun az cəza istədiyini deyərək etiraz edib.Çıxış zamanı təqsirləndirilən şəxslə vəkil arasında mübahisə yaranıb, hakim tərəflərə xəbərdarlıq edib. Zərərçəkmişin digər vəkili də cəzanı yüngül hesab etdiyini deyərək, daha ağır cəza verilməsini istəyib.Müdafiə tərəfinin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.Məhkəmə prosesi iyunun 18-də davam edəcək.Prosesdən sonra "Xocalı" idman klubunun üzvləri məhkəmənin qarşısında toplaşaraq, Ehram Məcidova azadlıq tələb ediblər.Qeyd edək ki, Ehram Məcidov qayınatasını - 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Bakıda müdirini öldürən gənc: “Söyməzdi, vurmazdım”
İşlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən 23 yaşlı İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Hadisə Bakı şəhəri, NZS qəsəbəsi...