Bakıda piyadanı vurub öldürən dünya çempionu ilə bağlı YENİ XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.
Prokuror U.Orucovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, bu il yanvarın 25-də Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov naməlum avtomobillə vurulub. S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən sürücü, Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.
BAKU.WSOxşar xəbərlər
“İnstaqram”da tanış olduğu qızı şantaj edən həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən S. İ. və Ş. A. cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU....