Tanınmış idmançının evindən 67 min manat oğurlayan şəxs danışdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilov son söz deyib.
O bildirib ki, digər təqsirləndirilən N.Fərəcova hadisədən xəbərsiz olub: "Onun bu işdə heç bir günahı yoxdur. Məhkəmədən xahiş edirəm bunu nəzərə alasınız".
N.Fərəcova isə son sözə hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.
Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay, N.Fərəcovanın isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb etmişdi. F.Əzizova isə həmin şəxsləri bağışlayıb.
BAKU.WSOxşar xəbərlər
Bakıda şirkət rəhbərinin bir ayağı amputasiya olunub
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Elçin Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU.WSreport-a i...