“Fəridəyə dedim ki, nənəmin evini satıb pulunu verərik...”

“Fəridəyə dedim ki, nənəmin evini satıb pulunu verərik...”
Hadisə 1999
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi keçirilib. BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər ifadə verib. Təqsirləndirilən N. Fərəcovanın anası Rəna Fərəcova bildirib ki, zərərçəkmiş Fəridə Əzizova ilə ailəvi dost olublar:"Fəridə xaricə gedəndə açarı qızım Nərgizə vermişdi ki, onun pişiyinə baxsın. Nicatı tanıyırdım, amma qızımla sevgili olduğunu bilmirdim. Hadisədən sonra Nərgiz dedi ki, Nicat onun cibindən Fəridənin evinin açarını götürüb. Nicat Türkiyədə tutulanda ora gedib onunla danışdım, dedi "Nərgizin bu işə aidiyyatı yoxdur, onu da özümlə gətirib evlənəcəkdim". Hadisə zamanı zərərçəkmiş F.Əzizova ilə birgə təlimdə olan Yağmur Fərəcova təqsirləndirilən N.Fərəcovanın bacısı olduğunu deyib: "Bu işdə bacımın da əli olduğunu biləndə Fəridəyə dedim ki, nənəmin evini satıb pulunu verəcəyik. Elə də etdik". Təqsirləndirilən N.İsrafilovun anası Nurlana İsrafilova oğlunun günahının çox olduğunu deyib: "Mənim sözümə baxmırdı, azadlığa çıxsın, Fəridə xanımın pulunu qaytarsın. Hadisədən sonra Nicat evə 2000 manat pul göndərib, borclarının qaytarılması istədi. Onun çoxlu borcu var idi. Oğlumu Nərgiz yoldan çıxardıb. İndi pulu qaytarsınlar, oğlum da azadlığa çıxsın. Nicatın apardığı pulları nə etdiyini bilmirəm".Digər iki şahid prosesə gəlmədiyi üçün onların barəsində məcburi gətirilmə qərarı verilib. Proses avqustun 29-da davam etdiriləcək. İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.BAKU.WS

Son xəbərlər