"Hamımızın ana-bacısı var, ..." - Oğlanı qızla bu hərəkətinə görə öldürdülər – Bakıda DƏHŞƏTLİ OLAY
09
avq
2018
16:41
Aralarında yaranmş mübahisədən sonra tanışını öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.BAKU.WS “Musavat.com”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkmə iclası başlayıb.Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 16-na təyin edilib.Qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.İlkin məlumata görə, 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.Polis tərəfindən saxlanılan Emil bildirib ki, özündən 6 yaş böyük Nicatı mübahisə zəminində öldürüb.O deyib ki, Nicatın bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı Nicat Həziyevin məhəllədə qızla gəzməsi Emili narahat edib. O, məhəllədən tanıdığı Nicata "hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil" kimi irad bildirib. Bundan sonra onların münasibəti kəskinləşib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil Nicatı bıçaqlayaraq öldürüb.BAKU.WS
Oxşar xəbərlər
Oğlunu universitetə "düzəltmək" istəyən Könül Kərimovanı aldatdılar - MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.BAKU.WS report-a istinadən...