Sabunçuda natəmiz vəziyyət aradan qaldırılıb

"Əraziyə baxan konteyner 1 yox, 5 dənədir. Üstəlik həmin görüntü 3-4 gün əvvəl yağış yağan ərəfədə çəkilib".
Bu BAKU.WS-ə açıqlamada Sabunçu rayonu Kommunal Təsərrüfat Birliyindən bildirilib.
Qeyd olunub ki, həmin ərəfədə yağış suyu konteynerə dolub, daha sonra nəqliyyat vasitəsində yaranmış nasazlığa görə çirkab su küçəyə axıb. Hazırda həmin nasazlıq aradan qaldırılıb. Ərazi isə təmizdir.
***10:35
Sabunçu rayonunda yaşayan bəzi sakinlər küçələrdəki antisanitar vəziyyətdən şikayətçidir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraciət daxil olub.
Bildirilib ki, rayonun Əliyar Əliyev küçəsindən (köhnə Anaşkin küçəsi) zibil daşıyan avtomobillər nasazdır. Nəticədə maşından məişət tullantılarının suyu axır.
"Hər gün zibil maşını gəldikdə, nasaz olduğu üçün zibilin suyu asfaltın üzərinə tökülür, üfunət iyindən pəncərəni belə açmaq olmur. Külək isə yerə tökülən zibili küçə boyu yayır. Bir neçə dəfə zibil qutularının yerinin dəyişdirilməsi üçün müraciət edilsə də, heç bir cavab olmayıb. Texnikanı sürənlərdən soruşduğumuz zaman ki, heç olmasa zibilin suyu axmasın, deyirlər olanımız budur. Bundan əlavə zibil konteynerləri deşik olduğu üçün, üst-üstə yığılan zibilin suyu da yola tökülür", - deyə sakin vurğulayıb.
Ərazidən kadrları təqdim ediriik:
Oxşar xəbərlər
Binəqədidə keçirilən əməliyyatda 24 kq narkotik aşkarlanıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə fasil...