Qardabanidə baş verən dəhşətli qəzada daha bir azərbaycanlı öldü
Gürcüstanın, əsasən, azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rustavi Mərkəzi Xəstəxanasının rəhbəri Papuna Baxtadze yerli mətbuata məlumat verib.
Onun sözlərinə görə, qəza zamanı ağır vəziyyətdə xəstəxanaya çatdırılan azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, mayın 14-də yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb, nəticədə yeddi nəfər həyatını itirib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı. Ölənlərin hamısı yerli azərbaycanlı gənclərdir, onlardan ikisi qardaşdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ukraynadakı azərbaycanlılar partlayışların episentrində: "Hər tərəfdə xaos var"
Son günlər Ukraynada yenidən alovlanan müharibə səbəbindən ölkədə yaşayan azərbaycanlılar da zərər görür. Həmyerlilərimiz Ukraynanın müxtəlif vilayətlərində və...