Qarajda boğulub ölən sevgililərlə bağlı YENİ TƏFƏRRÜAT
30
avq
2018
11:00
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbli binanın həyətində yerləşən qarajdakı "Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalov intim münasibətdə olarkən qazdan boğularaq ölüb.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Elvin Zeynalov nişanlı olsa da, uzun müddət imiş ki, Könül Əhədova ilə sevgi münasibətində olub.O, Könüllə ailə həyatı qurmaq istəsə də, oğlanın ailəsi buna qarşı olub. Hadisə baş verən gün Elvin Zeynalov K.Əhədovaya zəng edərək sentyabrın 7-si toyu olacağını, son dəfə onunla görüşmək istədiyini bildirib.Gözəllik salonunda çalışan Könül anasından qaynaq edəcəyi adıyla icazə alaraq evdən gedib. Elvinlə münasibətlərindən xəbərdar olan Könülün anası qızının saat 21:00-dan getdiyini 00:30-a qədər gəlmədiyini görüncə qızına zəng edir.Bu zaman Könül anasına gələcəyini bildirsə də, sonradan onun telefonuna zəng çatmır. Daha sonra hər iki tərəfin ailəsi onların qarajda boğulduqlarından xəbərdar olur. Qeyd edək ki, sentyabrın 7-də toyu olacaq Elvin Zeynalovun bu gün xınayaxtı mərasimi olacaqmış.BAKU.WS
Oxşar xəbərlər
Bakıda sevgililər qarajda intim əlaqədən sonra boğulub öldü
Bakıda sevgililər qarajda boğularaq ölüb.“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.Belə ki, ötən gecə beşmərtəbli bina...