Qaradağda avtomobil “Şaqman”la toqquşub, xəsarət alan var

Qaradağda avtomobil “Şaqman”la toqquşub, xəsarət alan var
Hadisə 378

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Belə ki, “Şaqman” markalı yük avtomobili ilə digər nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakini Bünyadov Xəyal Nizami oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona, döş qəfəsinin küt travması və bədənin müxtəlif dərəcəli travmaları diaqnozu qoyulub. Qəzanın təfərrüatı DYP əməkdaşları tərəfindən araşdırılır.

Oxşar xəbərlər

Bakıda dəhşətli qəza - çox sayda yaralı var - VİDEO

Bakıda dəhşətli qəza - çox sayda yaralı var - VİDEO

Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, Bakı-Qazax magistral yolunda qeydə alınıb. “Lexus” markalı avtomobillə “Hy...

2492 Hadisə 11:31 02 dekabr 2019

Son xəbərlər