Aeroport yolunda ağır qəza: yaralılar var – VİDEO

06
apr
2019
09:35
Aprelin 5-də günorta saatlarında Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, ötən gün günorta saatlarında aeroport yolunda baş verən qəza zamanı “Daewoo” və “VAZ 2107” markalı avtomobillər toqquşub. BAKU.WS
Oxşar xəbərlər
Aeroport yolunda zəncirvari qəza – VİDEO
Bu gün səhər saatlarında Bakıda zəncirvari yol qəzası baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə yol qəzası aeroport...
