Aeroport yolunda zəncirvari qəza - ölən və yaralanan var - FOTO

Aeroport yolunda zəncirvari qəza - ölən və yaralanan var - FOTO
Hadisə 4157
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS Report-a istinadən xəbər verir ki, sürət həddi 120 km/saat olan aeroport yolunda hələlik şəxsiyyəti məlum olmayan təxminən 60-65 yaşlı kişi piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu "Jeep" markalı avtomobil vurub.Piyada hadisə yerində ölüb. Qəzanı törədən sürücü idarəetməni itirdiyindən yolda hərəkətdə olan iki "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə "Jeep" deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü xəsarət alıb. Təcili tibbi yardım xidməti sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərib.Baş verən qəza ilə bağlı əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.Faktla bağlı cinayət işi başlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda marşrut avtobusu ağır qəza törətdi: ölən var

Bakıda marşrut avtobusu ağır qəza törətdi: ölən var

Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun...

9300 Hadisə 10:18 28 dekabr 2017

Son xəbərlər