Aeroport yolunda zəncirvari qəza - Yaralılar var

Aeroport yolunda zəncirvari qəza - Yaralılar var
Hadisə 2483
 

Bakıda zəncirvari yol qəzası baş verib.

BAKU.WS Trend-ə istinadən bildirir ki, qəza aeroport yolunda, "Buta Palace" yaxınlığında baş verib.

Hadisə "Opel", "Mercedes" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və yol polisləri cəlb edilib. Qəza yolda tıxaca səbəb olub. Hazırda yol polisləri tıxacın aradan qaldırılması və yolda avtomobillərin hərəkətini təmin etməyə çalışır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər