İstirahət mərkəzində baş verən kanat qəzasında yaralananlardan XƏBƏR VAR
09
iyl
2018
14:46
Quba rayonunda hotellərin birində kanatın qırılması nəticəsində xəsarət alanlardan biri evə buraxılıb.Bu barədə Trend-ə açıqlamasında Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov məlumat verib.Onun sözlərinə görə, hadisə nəticəsində xəstəxanaya 2 nəfər gətirilib: "1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Əliməmmədov Rahid Mehman oğlu döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir".Xatırladaq ki, bu gün Qubada hotellərdən birinin ərazisində kanat qırılıb. Hadisə nəticəsində hotelin əməkdaşı, rayonun Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda istirahət mərkəzində faciə - Kanat qırıldı, ölən və yaralananlar var
Quba rayonunda bədbəxt hadisə baş verib.BAKU.WS-in APA-ya istinadən xəbər verir ki, Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı,...