Bakıda aeroport yolunda 3 qəza - 8 maşın toqquşdu

Bakıda aeroport yolunda 3 qəza - 8 maşın toqquşdu
Hadisə 1768

 

Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, keçmiş "Komsomol” dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.

Körpünün girişində "Mercedes” və "Mitsubishi” markalı avtomobillər, üstündə isə iki "Mercedes” markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç "Mercedes” və bir "Volkswagen” markalı avtomobillər bir-birinə çırpılıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb.

Hazırda ərazidə araşdırma aparılır.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda toy karvanında qəza: ölən və yaralananlar var (FOTO)

Azərbaycanda toy karvanında qəza: ölən və yaralananlar var (FOTO)

Tərtərdə toy karvanında qəza baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə gərə hadisə Tərtərin "Dörd yol” adlanan ərazisində baş verib. Maşın karvanında hərə...

2728 Hadisə 12:38 14 avqust 2016

Son xəbərlər