Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb

Bakıda idarəetməni itirən sürücü qəza törədərək xəsarət alıb
Hadisə 229

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Kürdəxanıdakı “Qaçqınlar şəhərciyi”ndə məskunlaşan 1983-cü il təvəllüdlü Nəbiyev Elmin Niftalı oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısına nəqliyyat vasitəsi çıxıb.

E.Nəbiyev toqquşmanın baş verməməsi üçün avtomobili kənara çəkməyə çalışan zaman idarəetməni itirərək qəza törədib.

Nəticədə xəsarət alan E.Nəbiyev xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Bakının tanınmış restoranında silahlı insident - Yaralılar var

Bakının tanınmış restoranında silahlı insident - Yaralılar var

Bakının Binəqədi rayonunda yerləşən "Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib. BAKU.WS buta.media-a istinadla xəbə...

6021 Hadisə 09:48 04 aprel 2019

Son xəbərlər