Bakıda gecə qəza - sürücü və sərnişin yaralandı (VİDEO)

Bakıda gecə qəza - sürücü və sərnişin yaralandı (VİDEO)
Video
Hadisə 2784
Bakının Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza Heydər Əliyev prospektində, Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.Eyvazzadə Eltürk Elmar oğlu idarə etdiyi "VAZ 2172" (Lada Priora) markalı avtomobillə keçmiş "Komsomol" dairəsi istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxan nəqliyyat vasitəsi dəmir çəpərlərə çırpılıb. Məlumata görə, sürücü Bakıxanov qəsəbəsinə aparan Elşən Mehdiyev küçəsinə dönmək istəyib və bu vaxt dönmə manevrini düzgün seçmədiyi üçün qəza qaçılmaz olub. Hadisə nəticəsində sürücü özü və yanında olan bir sərnişin yüngül xəsarət alıb. Yol qəzasının təfərrüatlarını isə Sabunçu polisi araşdırır. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda polislər qəzaya düşdü - Serjant öldü, baş leytenant yaralandı (FOTO)

Azərbaycanda polislər qəzaya düşdü - Serjant öldü, baş leytenant yaralandı (FOTO)

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in APA-ya istinadən xəbərin...

3167 Hadisə 11:23 19 noyabr 2017

Son xəbərlər