Qadınlar qəza törətdi - Xəsarət alan var (FOTO)

Qadınlar qəza törətdi - Xəsarət alan var (FOTO)
Hadisə 2099
Sumqayıt şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS xeberle.com-a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. 90 CS 888 dövlət nömrə nişanlı "Renault" markalı avtomobil qarşıdan gələn 90 PU 618 dövlət nömrə nişanlı "Kia" markalı avtomobilə çırpılıb.Qəza nəticəsində "Renault" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Şəlalə Məmmədova baş nahiyəsindən ciddi xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər