Azərbaycanda inəyə görə zəncirvari qəza - 3 nəfər yaralandı (VİDEO)

08
yan
2018
12:04
Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd ərazisində "Mersedes" markalı "99 GT 578" dövlət nömrə nişanlı avtomobilin qarşısına inək çıxması nəticəsində "Ford" markalı "99 HC 833" dövlət nömrə nişanlı avtomobil və daha bir "Mersedes" markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan şəhər və Sabirabad rayon xəstəxanalarına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
"Mercedes" "KamAZ"ın altına girdi: 1 ölü, 3 yaralı - AİLƏ FACİƏSİ (VİDEO)
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün sə...
