Pasxa bayramında qətliam: 185 ölü, yüzlərlə yaralı var (YENİLƏNİB) - VİDEO
21
apr
2019
13:00
Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 185 nəfərə çatıb."Report" xəbər verir ki, bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb.Məlumatda bildirilir:Milli xəstəxana: 46 ölü, 259 yaralı varKalubovila xəstəxanası: 17 yaralıNeqombo xəstəxanası: 74 ölü, 113 yaralıKatana kilsəsi: 31 ölüRaqama xəstəxanası: 7 ölü, 30 yaralı varBattikaloa: 27 ölü, 80 yaralı***11:41***Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı partlayışlar törədilib. "Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.Bildirilir ki, Kolombo şəhərindəki otellərdə partlayışlar nəticəsində 40 nəfər ölüb, 295 nəfər yaralanıb. Neqombo şəhərindəki kilsədə törədilmiş partlayış nəticəsində 93 nəfər həyatını itirib. Battikaloa şəhərində isə kilsədəki partlayış zamanı 27 nəfər ölüb, daha 73-ü yaralanıb.
Oxşar xəbərlər
Türkiyədə partlayış törədilib, 4 hərbçi şəhid olub, 5-i yaralanıb
Türkiyədən törədilən partlayış nəticəsində 4 hərbçi şəhid olub, 5-i isə yaralanıb.“Report” NTV televiziyasına istinadən xəbər verir ki, hadisə ölkənin Batman əy...