Şok olay: arvadı ilə məcburi əlaqəyə girən kişiyə 12 il həbs (VİDEO)
Türkiyədə qəribə hadisə baş verib.
BAKU.WS-in məlumatına görə, Kayseridə bu ilin may ayında ər və arvad arasında münaqişə yaranıb. Bir uşaq atası Sinan iddiaya görə həyat yoldaşı Y.D. (35) ilə məcburi əlaqəyə girmək istəyib. Həyat yoldaşının istəyini rədd etməsinə baxmayaraq zorla münasibətdə olan Sinan arvadının şikayətdən sonra həbs olunub.
Hakim qarşısına çıxarılan Sinan və şikayətçi həyat yoldaşı Y.D.-nin vəkilləri də iştirak edib. Sinan həyat yoldaşının razılığı ilə tərs əlaqəyə girdiklərini ifadə edib: "14 illik evliyik. Tərs əlaqəni yoldaşımın razılığı və istəyi ilə etdim. Hətta bu bizim yataq fanteziyamızıdı. Mənim fikrimcə tərs əlaqəyə girməkdən sıxıldığı üçün məni şikayət etdi və buna görə boşanmaq istəyir".
Y.D. isə ifadəsində ərinin dediklərinə etiraz edib: "Evliliyimizin 2-ci ildən sonra həyat yoldaşım mənimlə tərs əlaqəyə girmək istədi, ancaq mən qəbul etmədim. Buna baxmayaraq zorla mənimlə tərs əlaqəyə girdi. Son zamanlarda bunu tez-tez təkrar etməsinə dözə bilməyib şikayətçi oldum. Hətta boşanma iddiası belə açdım" deyə danışdı.
Məhkəmə heyəti Sinanı yoldaşına qarşı "cinsi təcavüz" ittihamı ilə günahlandırıb və 12 il 6 ay həbs cəzası verib.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
ŞOK: Ana 13 yaşlı qızını sevgilisinin yatağına saldı
Türkiyədə qadın orta məktəb şagirdi olan qızının gözü önündə sevgilisi ilə intim münasibətdə olub. Milli.Az gazetevatan-a istinadən bildirir ki, 46 yaşlı S. K....